11 May 2024
Britaniyada daha 377 nəfər koronavirusun qurbanı olub

Britaniyada daha 377 nəfər koronavirusun qurbanı olub

29 May 2020
Baxış: 394

Böyük Britaniyada son sutka ərzində daha 377 nəfər koronavirusdan ölüb. Bununla da eyni səbəbdən ölənlərin sayı 37 837 nəfərə çatıb.

AJM xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Eyni müddət ərzində daha 1877 nəfərin COVID-19 infeksiyasına yoluxduğu təsdiqlənib və virusa yoluxmuşların ümumi sayı 269 127 nəfər olub.

Teqlər: Britaniya