11 May 2024
Britaniyada daha 215 nəfər koronavirusdan ölüb

Britaniyada daha 215 nəfər koronavirusdan ölüb

30 May 2020
Baxış: 383

Böyük Britaniyada son sutka ərzində daha 215 nəfər koronavirusdan ölüb. Bununla da eyni səbəbdən ölənlərin sayı 38 376 nəfərə çatıb.

AJM xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Eyni müddət ərzində daha 2445 nəfərin COVID-19 infeksiyasına yoluxduğu təsdiqlənib və virusa yoluxmuşların ümumi sayı 272 826 nəfər olub.

Teqlər: Britaniya