22 May 2022

Azerbaijan, Baku

14°C/21°CTemperatur °C
Atmosfer hadisələri

Atmosfer hadisələri

Böyük Britaniyadan Putinin qohumlarına SANKSİYA - ŞOK SİYAHI

Böyük Britaniyadan Putinin qohumlarına SANKSİYA - ŞOK SİYAHI

13 May 2022
Baxış: 180

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiya tətbiq edib.

AJMEDİA.İNFO xəbər verir ki, məlumatı “Forbes” yayıb.

Bildirilib ki, sanksiya Rusiyanın 12 tanınmış vətəndaşına tətbiq olunub. Onlar, əsasən, Rusiya Prezidentinin yaxınlarıdır. Siyahıda Vladimir Putinin keçmiş həyat yoldaşı Lyudmila Oçeretnaya, tələbə yoldaşı Viktor Xmarin, əmisi oğlu İqor Putin, əmisi nəvələri Roman Putin, Mixail Putin və Mixail Şelomov, dostu Nikolay Şamalovun oğlu Yuri, “Panama arxivi” ofşor təşkilatı ilə bağlı dostu Aleksandr Plexov, Mixail Klişin, Vladimir Kolbin, onun oğlu Pyotr Kolbin, Milli Media Qrupu Direktorlar Şurasının sədri Alina Kabayeva da var.

Bunlarla yanaşı, Alina Kabayevanın nənəsi Anna Zastepilina, milyarder Gennadi Timçenko da sanskiya siyasına düşüb.