27 Aprel 2024
Böyük Britaniyada Oksford Universiteti və AstraZeneca şirkəti tərəfindən hazırlanan peyvəndin istifadəsinə başlanılıb

Böyük Britaniyada Oksford Universiteti və AstraZeneca şirkəti tərəfindən hazırlanan peyvəndin istifadəsinə başlanılıb

04 Yanvar 2021
Baxış: 1374

Bu gün Böyük Britaniyada Oksford Universiteti və AstraZeneca şirkəti tərəfindən hazırlanan peyvəndin istifadəsinə başlanılıb.

İlk peyvənd 82 yaşında olan Brian Pinker adlı şəxsə vurulub.

530 min doza Oksford-AstraZeneca peyvəndi artıq 6 xəstəxanada istifadəyə hazırdır.

Britaniya bu peyvənddən 100 milyon doza sifariş edib.

Peyvəndin həftə içində ölkənin hər yerindəki sağlamlıq mərkəzlərinə və qocalar evlərinə göndəriləcəyi açıqlanıb.

Baş nazir Boris Conson 3 ay ərzində on milyona yaxın insana peyvənd vurulacağına ümid etdiyini söyləyib.

Qeyd edək ki, ötən ay istifadəsinə başlanılan Pfizer-BioNTech peyvəndinin ilk dozası bu günə qədər 1 milyondan çox insana tətbiq edilib.