26 Aprel 2024
Bolqarıstanda İrandan gələn gəmidə 400 kq heroin tapıldı
Bolqarıstanda İrandan gələn gəmidə 400 kq heroin tapıldı
Bolqarıstanda İrandan gələn gəmidə 400 kq heroin tapıldı

Bolqarıstanda İrandan gələn gəmidə 400 kq heroin tapıldı

19 Fevral 2021
Baxış: 1576

Bolqarıstan gömrükçüləri, İrandan gələn yük gəmisindən təxminən 400 kiloqram heroin müsadirə edib.

Bu barədə ABC News xəbər verib.

Prokurorluğun verdiyi məlumata görə, narkotik maddələr 487 paketə yığılmış və asfalt silindirlər arasında gizlədilmişdir. Mütəxəssislər, qadağan olunmuş maddələrin təxmin edilən maliyyə dəyərini təxminən 22 milyon dollar olaraq qiymətləndiriblər.

Bolqarıstandan olan iki nəfər bu işdə şübhəli bilinir. Heroin ticarətində günahkar olduqları təqdirdə onları 20 ilə qədər həbs cəzası gözləyir.

Polis narkotiklərin Qərbi Avropa ölkələri üçün deyil, daxili bazar üçün nəzərdə tutulduğunu irəli sürüb.