26 Aprel 2024
“Boko Haram”ın lideri İNTİHAR ETDİ

“Boko Haram”ın lideri İNTİHAR ETDİ

07 İyun 2021
Baxış: 644

Nigeriyada fəaliyyət göstərən “Boko Haram” terror qruplaşmasının başçısı Abubakar Şekau ölüb.

AJMEDİ.info xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Mənbə “İslam dövlətinin Qərbi Afrika əyaləti”nin (ISWAP) audioyazısına istinadən bildirib ki, A.Şekau partlayış zamanı həlak olub.

AFP agentliyi isə eyni audioyazıya istinadən xəbər verir ki, A.Şekau “İslam dövlətinin Qərbi Afrika əyaləti” qruplaşmasının təqibindən sonra özünə qəsd edib.

“Boko Haram”dan isə sözügedən xəbəri şərh etməkdən imtina ediblər.