23 İyun 2024
Boğazına ip bağlayıb, qayınanasının ayağını öpdürdülər - Azərbaycanda RƏZALƏT

Boğazına ip bağlayıb, qayınanasının ayağını öpdürdülər - Azərbaycanda RƏZALƏT

13 İyun 2024
Baxış: 236

Gədəbəydə həmkəndlisini alçaldan şəxslər saxlanılıblar.

AJMEDİA.İNFO oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Arıqıran və Əyrəvəng kəndlərinin ərazisində qeydə alınıb.

Belə ki, iyunun 1-i saat 15 radələrində rayonun Çobankənd kənd sakini Səddam Əliyev, Arıqıran kənd sakinləri Təgin Əliyev və Cəbrayıl Hüseynov həmkəndliləri N.Kazımovu döyərək boğazına ip keçirib.

Daha sonra N.Kazımovu dartaraq kənd ərazisində gəzdirib və S.Əliyevin qayınanasının ayağından zorla öpdürərək əzab veriblər.

İlkin məlumata görə, həmin kəndin sakini olan 1998-ci il təvəllüdlü Ü.Qasımov (şərti) həmkəndlisinin həyat yoldaşına sevgi mesajı yazıb.

Polis əməkdaşları tərəfindən S.Əliyev, T.Əliyev və C.Hüseynov tutulublar.

Faktla əlaqədar cinayət işi başlanılıb.