Bakıda bu tarixdə yeni "Mall" açılacaq - FOTO
13 saat əvvəlBMT Şimali Koreyanın raket buraxmasından narahatdır
19 Oktyabr 2021
Baxış: 690
BMT Koreya Xalq Demokratik Respublikasının (KXDR) raket buraxılışlarından narahatdır və bu ölkənin rəhbərliyini Koreya yarımadasının nüvəsizləşdirilməsi üçün səyləri bərpa etməyə çağırıb.
AJMEDİA.İNFO xəbər verir ki, bunu BMT Baş katibinin müavini Fərhan Xak keçirdiyi brifinqdə deyib.
"Dənizdən ballistik raketin atılması faktı da daxil olmaqla, KXDR-dən raket buraxılışı ilə bağlı son xəbərlər bizi narahat edir. KXDR rəhbərliyini dərhal Koreya yarımadasının nüvəsizləşdirilməsi və davamlı sülhün təmin edilməsi istiqamətində diplomatik səylərə başlamağa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməyə çağırırıq", - təşkilat nümayəndəsi bildirib.