26 İyun 2024
Blinken: ABŞ İranın nüvə silahını əldə etməsinin qarşısını almaq üçün bütün addımları atır

Blinken: ABŞ İranın nüvə silahını əldə etməsinin qarşısını almaq üçün bütün addımları atır

06 İyun 2023
Baxış: 491

Amerika Birləşmiş Ştatları İranın bütün Yaxın Şərq regionunun təhlükəsizliyini təhdid edən nüvə silahı əldə etməsinin qarşısını almaq üçün bütün mümkün addımları atmağa davam etməyə hazırdır.

Bunu ABŞ-nin dövlət katibi Entoni Blinken çıxışında bildirib.

Blinken Amerika İsrail İctimai Əlaqələr Komitəsinin (AIPAC) tədbirində çıxışı zamanı deyib ki, Tehran müntəzəm olaraq israilliləri yer üzündən silməklə hədələyir. Onun sözlərinə görə, ABŞ-nin İsraili müdafiə etmək öhdəliyi qeyd-şərtsizdir.

Dövlət Departamentinin rəhbəri bildirib ki, İran bütün Yaxın Şərq regionuna aqressiya ixrac edir və Rusiya ordusuna dronlar verir, onlardan ukraynalıları öldürmək üçün istifadə edir, Tehran isə Rusiyadan yüksək texnologiyalı silahlar alır.

“Bu baxımdan, İran nüvə silahı əldə edə bilməz və əldə etməyəcək, çünki bunun üçün Vaşinqton iqtisadi təzyiq və çəkindirmə ilə yanaşı, diplomatiya yolundan da istifadə etməyə hazırdır. Prezident Bayden İranın nüvə silahı almamasını təmin etmək üçün bütün variantları nəzərdən keçirir”, - o vurğulayıb.

Teqlər: