11 May 2024
Bir neçə milyard dollarlıq silah alırıq, ordu... - Nikol

Bir neçə milyard dollarlıq silah alırıq, ordu... - Nikol

29 Yanvar 2024
Baxış: 516

Orduda təfəkkürün dəyişdirilməsi, köhnəlmiş standartlardan və hərbi məsələlərlə bağlı ideyalardan əl çəkmək zəruridir.

AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan ordunun yaranmasının 32-ci ildönümü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dəyişikliklər bütün sahələrə - hərbi geyim forması və əsgərlərin görünüşü, dislokasiya yerlərindəki şərait, silah və texnikadan tutmuş maaşlara, sosial təminata, peşə vərdişlərinə dair tələblərə və hərbi qulluqçuların hazırlıq səviyyəsinə qədər öz təsirini göstərməlidir:

"Proses başlayıb, lakin kifayət qədər sürətlə davam etmir. Hökumətin strateji məqsədi peşəkar ordu yaratmaqdır".

Baş nazir qeyd edib ki, hərbi yaşda olan vətəndaşların yarısından az hissəsi orduya cəlb olunur:

"Bu o deməkdir ki, ya bizim nəslin səhhətində ciddi problemlər var, ya da hərbi xidmətə çağırış korrupsiya üçün ən çiçəklənən mühit olaraq qalır. Tibb ictimaiyyəti və hərbçilər də bu mövzuda bir-biri ilə ittifaqdadırlar. Dövləti məhv edən məhz belə hadisələrdir və bu gün əsas vəzifə bu “birliyin” belini qırmaqdır. Bu baxımdan hüquq-mühafizə sisteminin səmərəliliyi, institusional islahatların vacibliyi və ehtiyacı ilə bağlı aktual məsələ var".

Paşinyan həmçinin döyüşə hazır ehtiyat qüvvələrin olmasının vacibliyini qeyd edib. O, ehtiyatda olan hərbçilərin 25 günlük təlim-məşq toplanışı ilə bağlı bütün problemlərin həllinə ümid etdiyini vurğulayıb.

O əmindir ki, Ermənistanın müdafiə sektorunda diversifikasiyaya ehtiyac var və bu istiqamətdə irəliləyir:

"Son illərdə hökumət silah və sursatların alınması üçün bir neçə milyard dollarlıq müqavilələr imzalayıb. Hökumət ölkənin hərbi-sənaye kompleksi üçün misli görünməmiş sifariş verib". Axar.az