11 May 2024
Bəzi şəxslər pensiyalarını niyə artımla almayıb? - AÇIQLAMA

Bəzi şəxslər pensiyalarını niyə artımla almayıb? - AÇIQLAMA

12 Yanvar 2022
Baxış: 591

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu bəzi təqaüdçülərin pensiyalarının artmaması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

AJMEDİA.İNFO xəbər verir ki, Qurumdan bildirilib ki, ölkəmizdə növbəti sosial islahat paketinin tərkib hissəsi kimi, Prezident İlham Əliyevin təsdiq etdiyi yeni qanunla minimum aylıq əmək pensiyasının məbləği 2022-ci ilin əvvəlindən 20% artırılaraq, 200 manatdan 240 manata çatdırılıb.

Bu artım pensiyalarının məbləği 240 manata qədər olan pensiyaçıları əhatə edir və onların pensiyaları yanvarın 1-dən 240 manata çatdırılaraq ödənilir.

“Pensiyaların bu ilin əvvəlindən indeksləşdirilərək artırılması isə ötən ilin orta aylıq nominal əməkhaqqının illik artım tempinə dair Dövlət Statistika Komitəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edəcəyi rəsmi məlumata uyğun aparılacaq”.

Qeyd edilib ki, həmin artım tətbiq olunduqda bu barədə məlumat veriləcək.