26 Aprel 2024
BDU-nun indiki rektoru keçmiş rektorun yaxının vəzifədən çıxarıb yerinə öz qohumunu TƏYİN ETDİ

BDU-nun indiki rektoru keçmiş rektorun yaxının vəzifədən çıxarıb yerinə öz qohumunu TƏYİN ETDİ

23 Sentyabr 2021
Baxış: 745

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Tədrisin Təşkili və İdarə Olunması Mərkəzinin direktoru vəzifəsinə öz qohumunu təyin edib.

AJMEDİA.İNFO bildirir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl rektorun müvafiq əmri ilə BDU-da Tədris Departamenti və Tədris Elektron Mərkəzi birləşdirilib. Əvəzində Tədrisin Təşkili və İdarə Olunması Mərkəzi yaradılıb.

Mərkəzin direktoru vəzifəsinə BDU-da tədris hissə müdiri, qohumu Elçin Məmmədov təyin olunub.

Tədris Departamentin və Tədris Elektron Mərkəzinə bundan əvvəl sabiq rektor Abel Məhərrəmova yaxınlığı ilə tanınan Qurbanova Məlahət Müsrət qızı rəhbərlik edib.