23 İyun 2024
Bayram günlərində LEYSAN YAĞACAQ

Bayram günlərində LEYSAN YAĞACAQ

13 İyun 2024
Baxış: 239

“Qarşıdan gələn bayram günlərində ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, çaylarda sululuğun artacağı ehtimalı var”.

Bunu AJMEDİA.İNFO-ya Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

N.Mahmudov bölgələrə səfər edəcək vətəndaşlara tövsiyə verib:

“Vətəndaşlara tövsiyə edirik ki. hava məlumatlarını və hava ilə bağlı xəbərdarlıqları diqqətlə izləsinlər. Səyahət planlarını hava proqnozlarına uyğun qursunlar. Xüsusilə magistral avtomobil yollarında əlverişsiz havada daha diqqətli olsunlar, təhlükəsizlik qaydalarına ciddi əməl etsinlər”.