11 May 2024
Baş nazir Azərbaycan-Ermənistan sərhədi ilə bağlı QƏRAR İMZALADI

Baş nazir Azərbaycan-Ermənistan sərhədi ilə bağlı QƏRAR İMZALADI

13 Oktyabr 2022
Baxış: 416

Azərbaycan Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə Katiblik yaradıb.

Bu barədə AJMEDİA.İNFO-ya Nazirlər Kabinetindən məlumat verilib.

Belə ki, Baş nazir Əli Əsədov Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə yaradılmış Dövlət Komissiyasının fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər barədə qərar imzalayıb.

Qərara əsasən Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının cari fəaliyyətinin təşkili məqsədilə Komissiyanın Katibliyinin yaradılması, fəaliyyət istiqamətləri və təşkili müəyyən edilib.