26 Aprel 2024
“Barselona” klubunun koronavirus nəticəsində maliyyə itkiləri 120 milyon avrodan çoxdur

“Barselona” klubunun koronavirus nəticəsində maliyyə itkiləri 120 milyon avrodan çoxdur

06 May 2020
Baxış: 480

İspaniya La Liqasının cari mövsümünün hazırkı lideri “Barselona”nın koronavirus pandemiyası ilə əlaqədar turnirlərin təxirə salınması səbəbindən itkiləri 120-140 milyon avrodur.

AJM TASS agentliyinə istinadla xəbər verir ki, bu haqda klubun vitse-prezidenti Xordi Kardoner “ESPN” kanalına açıqlamasında bildirib.

Onun sözlərinə görə, “Barselona” matçlara və klubun muzeyinə bilet satışından 50 milyon, yayım haqlarından 39 milyon, komandanın mağazalarından və kommersiya gəlirlərindən isə 35 milyon avro zərər edib.