26 Aprel 2024
"BANDOTDEL"in rəisinə general rütbəsi verildi - SƏRƏNCAM

"BANDOTDEL"in rəisinə general rütbəsi verildi - SƏRƏNCAM

02 İyul 2021
Baxış: 702

Prezident İlham Əliyevin sərəncamı ilə ali xüsusi rütbə alan zabitlər alasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Əbülfət Rzayev də var.

AJMEDİA.İNFO xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabiti – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi polis polkovniki Əbülfət Əhəd oğlu Rzayevə polis general-mayoru ali xüsusi rütbəsi verilib.

Qeyd edək ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun 2020-ci ilin iyul ayında imzaladığı əmrlə Ə.Rzayev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə rəis təyin edilib.