11 May 2024
Bakının mərkəzində AĞIR QƏZA - FOTO

Bakının mərkəzində AĞIR QƏZA - FOTO

03 Aprel 2024
Baxış: 290

Bu gün səhər saatlarında Bakının mərkəzində ağır yol qəzası baş verib.

AJMEDİA.İNFO DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, Nəsimi rayonu, Rəşid Behbudov ilə 28 May küçələrinin kəsişməsində iki minik avtomobili toqquşub.

Qəza nəticəsində kəsişmədə olan bir ədəd svetofor dirəyi yararsız vəziyyətə düşüb. Hazırda svetoforun bərpa edilməsi məqsədilə işlər görülür.