23 İyun 2024
Bakıda türkiyəli iş adamının MEYİTİ TAPILDI - FOTO

Bakıda türkiyəli iş adamının MEYİTİ TAPILDI - FOTO

14 İyun 2024
Baxış: 257

Bakıda mənzildən meyit tapılıb.

AJMEDİA.İNFO xəbər verir ki, cəsədin Türkiyə vətəndaşı 1984-cü il təvəllüdlü Serkan Harun oğlu Sökmenə məxsus olduğu müəyyənləşib.

S.Sökmenin meyiti Xətai rayonu Ramiz Quliyev küçəsi 69 ünvanında yaşadığı mənzildə tapılıb.

Cəsəd üzərində hər hansı xəsarət müəyyən olunmayıb. İlkin ehtimala görə, Serkan Sökmen ürəktutmadan vəfat edib.

Bildirilir ki, ölən şəxs restoran biznesi ilə məşğul olub. Onun atası Harun Sökmen Türkiyənin Kırklareli şəhərində tanınmış iş adamlarından biridir.(Qafqazinfo)

Bakıda türkiyəli iş adamının meyiti tapıldı (FOTO)

Bakıda türkiyəli iş adamının meyiti tapıldı (FOTO)