12 May 2024
Bakıda turistlər gəzinti zamanı HƏLAK OLDULAR

Bakıda turistlər gəzinti zamanı HƏLAK OLDULAR

25 İyul 2022
Baxış: 483

Bakıda hindistanlı turistlərin olduğu avtomobil qəzaya uğrayıb.

AJMEDİA.İNFO xəbər verir ki, hadisə Qaradağ rayonu ərazisində - Qobustan-Vulkan yolunun 8-ci kilometrliyində baş verib.

Belə ki, palçıq vulkanlarının yerləşdiyi “Qobustan Milli Parkı”nın ərazisində Həsənağa Həsənovun idarə etdiyi və turistləri daşıyan “Mitsubishi Pajero” markalı avtomobil aşıb.

Nəticədə Hindistan vətəndaşları Pervin Shroff və Malhotra Neena hadisə yerində ölüb, sürücü və digər sərnişin isə xəstəxanaya yerləşdiriliblər.Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.