04 İyul 2024
Bakıda "Tarqovı" küçəsinin adı dəyişdirildi: Məmməd Əmin Rəsulzadə edildi - FOTOLAR

Bakıda "Tarqovı" küçəsinin adı dəyişdirildi: Məmməd Əmin Rəsulzadə edildi - FOTOLAR

21 Fevral 2022
Baxış: 817

Bakının Səbail rayonu ərazisindəki “Tarqovı” kimi məşhur olan küçənin adı dəyişdirilib.

AJMEDİA.İNFO Manset.az-a istinadən xəbər verir ki, əvvəllər Nizami adlanan küçənin bir hissəsinin adı dəyişdirilib və Məhəmməd Əmin Rəsulzadə küçəsi adlandırılıb. Lakin küçədə böyük şəxsiyyət, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusunun adının vurulduğu lövhələrdə kobud səhvə yol verilib və Məmməd Əmin Rəsulzadə deyə qeyd edilib.

Bəs görəsən Səbail Rayon İcra Hakimiyyəti bu biabırçılığı indiyə qədər nəyə görə görməyib?

Sayt məsələ ilə bağlı icra hakimiyyətindən açıqlama almaq istəsə də “bizə maraqlı deyil” -deyə cavab verilib.