10 May 2024
Bakıda polis "qazi"ni SAXLADI

Bakıda polis "qazi"ni SAXLADI

23 Noyabr 2022
Baxış: 465

Paytaxtda Vətən uğrunda döyüşlərdə qəhrəmanlıq göstərən hərbi qulluqçulara verilən orden və medalları, hərbi geyimi, fərqlənmə nişanlarını qanunsuz əldə etməklə görüntü yaradan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyindən AJMEDİA.İNFO-ya verilən məlumata görə, döyüşlərdə iştirak etməyən, 2-ci qrup əlil, 1986-cı il təvəllüdlü şəxs barəsində qanunamüvafiq tədbirlərin görülməsi təmin edilib.

Ondan üzərində daşıdığı orden və medallar, hərbi geyim götürülüb.

Bakıda polis "qazi"ni saxladı