30 Aprel 2024
Bakıda "patı" açıq reklam olunur: polis hərəkətə keçdi

Bakıda "patı" açıq reklam olunur: polis hərəkətə keçdi

14 Sentyabr 2021
Baxış: 671

Bakıda narkotik alverçilərinin onlayn şəbəkəsi yaranıb. Narkotik alverçiləri, xüsusilə də "patı" (Metamfetamin) alverçiləri artıq sosial şəbəkə vasitəsilə onlayn çatdırma xidməti təklif edirlər. Həmin şəxslər "Telegram" və digər sosial şəbəkələrdə elanlar verməklə narkotik maddələri ünvana çatdırma xidməti təklif edirlər.

AJMEDİA.İNFO Trend-ə istinadən xəbər verir ki, Bakının Yasamal rayonunda isə daha biabırçı vəziyyət yaranıb. Naməlum şəxslər narkotik maddələrin onlayn çatdırılması ilə bağlı olan sosial şəbəkə hesablarındakı "nik"lərini artıq yaşayış binalarının giriş bloklarına elan kimi yapışdırmaqla narkotik alverini təbliğ edirlər. Həmin şəxslər adıçəkilən virtual hesablarda "patı" və digər narkotik vasitələrin onlayn çatdırılma üsullarını da açıqlayırlar.

Məsələ ilə bağlı danşan DİN-in Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, artıq adıçəlikən ərazidə elanların yerləşdirilməsi və sosial şəbəkələrdəki həmin hesablarla bağlı araşdırmalara başlanılıb.