23 İyun 2024
Bakıda metro yaxınlığında YANĞIN OLDU - FOTOLAR

Bakıda metro yaxınlığında YANĞIN OLDU - FOTOLAR

13 İyun 2024
Baxış: 238

Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində fəaliyyət göstərən dönərxanada başlayan yanğın söndürülüb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

***

13:25

Bakı Metropoliteni “Neftçilər” stansiyasının yaxınlığında yerləşən dönərxana yanır.

AJMEDİA.İNFO “Report”a istinadən xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadası cəlb olunub.