04 İyul 2024
Bakıda məşhur xəstəxana KÖÇÜRÜLÜR - Pasiyentlərə XƏBƏRDARLIQ!

Bakıda məşhur xəstəxana KÖÇÜRÜLÜR - Pasiyentlərə XƏBƏRDARLIQ!

05 İyun 2024
Baxış: 286

Respublika Klinik Xəstəxanası köçürülür.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov telekanallara açıqlaması zamanı deyib.

V.Qurbanov bildirib ki, Nərimanov Tibb Mərkəzindən sonra, Respublika Klinik Xəstəxanası da köçürüləcək.

Onun sözlərinə görə, tibb müəssisəsində əsaslı təmirə ehtiyac var: “Yaxın müddətdə təmir işlərinə başlanılır. Həkimlərimizin vətəndaşları daha keyfiyyətli tibbi xidmətlə təmin etməsi üçün yeni təmir olunmuş tibb müəssisələrinə ehtiyac var.Ümumilikdə tam olaraq tibb müəssisənin bağlanması haqqında müzakirə getmir. Korpusların bir-bir təmir olunacağı nəzərdə tutulur”.