11 May 2024
Bakıda məşhur özəl məktəbdə mühafizəçi ilə valideyn arasında əlbəyaxa dava - VİDEO

Bakıda məşhur özəl məktəbdə mühafizəçi ilə valideyn arasında əlbəyaxa dava - VİDEO

30 Sentyabr 2021
Baxış: 649

Bakıda “Landau School” özəl məktəbin həyətində yaranan insidentlə bağlı araşdırma başlayıb.

AJMEDİA.İNFO xəbər verir ki, yayılan görüntülərdə məktəbin mühafizəçisi ilə valideynlərdən birinin əlbəyaxa dava etdiyi görünür. Hadisə “Landau School”un Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən filialında baş verib.

DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev açıqlamasında bildirib ki, yayılan videogörüntülərdən məlumatlıdırlar: “Hadisə ilə bağlı araşdırmalara başlanılıb. Əlavə məlumat veriləcək”.

Əldə etdiyimiz məlumata görə, “Landau School” özəl məktəbi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəhbəri Arif Qaraşova məxsusdur.

(Qafqazinfo)