10 May 2024
Bakıda məşhur aparıcı yüksək vəzifəli ərindən BOŞANDI - RƏSMİ SƏNƏD (FOTO)

Bakıda məşhur aparıcı yüksək vəzifəli ərindən BOŞANDI - RƏSMİ SƏNƏD (FOTO)

19 Sentyabr 2022
Baxış: 444

Tanınmış aparıcı və aktrisa Zümrüd Qasımova həyat yoldaşı ilə ayrılıb.

AJMEDİA.İNFO xəbər verir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, tərəflər Zeynalova Zümrüd Bəxtiyar qızı və Zeynalov Nazim Zakir oğlu boşanmaq üçün ədliyyə orqanlarına ərizə ilə müraciət ediblər.

Tərəflərin qarşılıqlı razılığı ilə onların birgə nikahına 5 saylı Bakı “Asan Xidmət” mərkəzində son qoyulub.

Onlara nikahın pozulması haqqında şəhadətnamə təqdim olunub.

Qeyd edək ki, Z.Qasımovanın keçmiş həyat yoldaşı N.Zeynalov hüquq mühafizə orqanlarında yüksək vəzifədə çalışır.