26 Aprel 2024
Bakıda "kuryoz" hadisə: Avtobus sürücüsü qapını əlində aparır - VİDEO

Bakıda "kuryoz" hadisə: Avtobus sürücüsü qapını əlində aparır - VİDEO

28 Sentyabr 2021
Baxış: 593

Bakıda hərəkətdə olan sərnişin avtobusunun qapısı qırılıb.

AJMEDİA.İNFO xəbər verir ki, nəqliyyat vasitəsinin görüntüləri paytaxt küçələrində hərəkətdə olan zaman lentə alınıb.

Sürücü avtobusun qırılmış qapısını sol əli ilə saxlayaraq nəqliyyat vasitəsinin hərəkətini davam etdirib.

106 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun qəzaya uğradığı və qaraja yollandığı ehtimal olunur.

Sosial şəbəkələrdə avtobusun qapısını əlində saxlayaraq sükanı idarə edən sürücünün videosu ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, sözügedən 106 nömrəli avtobus yol nəqliyyat hadisəsindən sonra bu vəziyyətə düşüb:

“Hadisə bu gün saat 10:40 radələrində paytaxtın Yeni Suraxanı qəsəbəsi 14 İyul küçəsində qeydə alınıb. Sözügedən küçədə “BUS-Trans” şirkətinin müvəqqəti istismarında olan 106 nömrəli marşrut üzrə 99-RU-659 dövlət nömrə nişanlı avtobusun iştirakı ilə yol nəaliyyat hadisəsi qeydə alınıb. Daşıyıcının verdiyi məlumata görə, yük avtomobili işıqforda dönmə əməliyyatını həyata keçirərkən nəqliyyat vasitəsinin arxa hissəsi avtobusun sol ön hissəsinə dəyib. Hadisə vaxtı avtobusda sərnişin olmayıb”.(oxu.az)