10 May 2024
Bakıda FACİƏ: Şagird özünü məktəb binasından ATDI

Bakıda FACİƏ: Şagird özünü məktəb binasından ATDI

14 Mart 2024
Baxış: 356

Bakıda şagird özünü məktəb binasından yerə atıb.

AJMEDİA.İNFO xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi Binəqədi rayonu 135 nömrəli tam orta məktəbdə şagirdin özünü pəncərədən yerə atması ilə bağlı məlumat yayıb.


Məlumatda deyilir:


"Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları hazırda Binəqədi rayonu 135 nömrəli tam orta məktəbdədir. Hadisə ilə bağlı araşdırma aparılır.
Məktəbdən verilən ilkin məlumata görə Binəqədi rayonu 135 nömrəli tam orta məktəbin IX sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) dərsdən yayınmaq məqsədilə II mərtəbədə yerləşən sanitar qovşağın pəncərəsindən atılıb qaçmaq istəyərkən yerə yıxılıb.
Məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb, şagirdə ilkin tibbi yardım göstərilib. Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib.


Hazırda uşağın vəziyyətinin qənaətbəxş olduğu bildirilir.


Əlavə məlumat veriləcək".