26 Aprel 2024
Bakıda 14 yaşlı qız özünü 9-cu mərtəbədən atdı

Bakıda 14 yaşlı qız özünü 9-cu mərtəbədən atdı

15 Oktyabr 2021
Baxış: 515

AJMEDİA.İNFO “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunda baş verib.

Müşfiqabad qəsəbəsində 14 yaşlı A.E. özünü yaşadığı binanın 9-cu mərtəbəsindən atıb. O, təcili tibbi yardım ilə xəstəxanaya çatdırılıb. A.E.-yə bədənin çoxsaylı sınıqları, müştərək travması, açıq-kəllə beyin travması diaqnozları qoyulub.

Yaralının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Onda komatik vəziyyət müşahidə olunur.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.