11 May 2024
Bakı – Ucar yolunda qəza: Minik avtomobili iribuynuzlu heyvanla toqquşdu – VİDEO

Bakı – Ucar yolunda qəza: Minik avtomobili iribuynuzlu heyvanla toqquşdu – VİDEO

19 Yanvar 2022
Baxış: 729

Ucarda yol qəzası olub.

AJMEDİA.İNFO xəbər verir ki, hadisə Bakı - Ucar yolunun 236-cı kilometrliyində baş verib.

İlkin məlumata görə, sözügedən istiqamətdə iribuynuzlu heyvan yola çıxaraq qəzaya səbəb olub.

Belə ki, KİA markalı 99 PH 226 dövlət nömrə nişanlı avtomobil hərkətdə olarkən iribuynuzlu heyvanla toqquşub.

Avtomobilə ciddi maddi ziyan dəyib.