10 May 2024
Bakı istiqamətində hərəkət edən “Prado” aşdı: Xəsarət alanlar var - FOTO

Bakı istiqamətində hərəkət edən “Prado” aşdı: Xəsarət alanlar var - FOTO

15 Noyabr 2021
Baxış: 575

Ucar rayonunda yol qəzası olub.

AJMEDİA.İNFO xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki “Toyota Prado” markalı avtomobilin sürücüsü Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı avtomobilin sürücüsü və sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.