26 Aprel 2024
"Baha başa gələcək" - Polşa Prezidenti Ukraynaya görə Macarıstanı TƏHDİD ETDİ

"Baha başa gələcək" - Polşa Prezidenti Ukraynaya görə Macarıstanı TƏHDİD ETDİ

28 Mart 2022
Baxış: 2606

Polşa Prezidenti Andjey Duda Macarıstanı Rusiyaya qarşı sanksiyalarla bağlı mövqeyinə görə tənqid edib.

AJMEDİA.İNFO-nun məlumatına görə, o, bildirib ki, Macarıstanın Rusiya əleyhinə sanksiyalarla bağlı mövqeyi ona baha başa gələcək.

“Budapeştin Ukraynadakı münaqişəyə qarışmaq istəməməsini başa düşmürəm. Bu müharibə insan itkiləri, o cümlədən mülki əhali arasında itkilərlə müşayiət olunur” – deyə Polşa Prezidenti əlavə edib.