26 Aprel 2024
Azərsun Holdinq cərimələndi

Azərsun Holdinq cərimələndi

28 Avqust 2021
Baxış: 2273

Azersun Holding” MMC-nin yağ fabriki barəsində gömrük əməliyyatlardakı inzibati xətaya görə cərimə protokolu tərtib edilib.

Dövlət Gömrük Komitəsi “Baki Qida və Yağ Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə protokol tərtib edərək, 19 avqust 2021-ci il tarixdə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilib.

İXM-in 485.2-ci maddasinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

“Bakı Qida və Yağ Fabriki” MMC “Azersun”un qida yağı istehsal edən fabrikidir. Fabrik 1996-cı ildən “Teksun”, “Final”, “Super Sun”, “Paşa”, “Aysun”, “Gülüm”, “Blendo” markalı qida yağları istehsal edir. Şirkətin nizamnamə kapitalı 8 440 723 manatdır. (Azerforum)