12 May 2024
Azərbaycanlı müğənni ağır yol qəzasına düşdü - VİDEO

Azərbaycanlı müğənni ağır yol qəzasına düşdü - VİDEO

28 İyun 2022
Baxış: 475

Müğənni Zenfira Əlişqızı avtomobil qəzasına düşməsindən danışıb.

AJMEDİA.İNFO xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi ağır yol qəzası zamanı başına gələnlər ürək ağrısı ilə xatırlayıb.

İfaçı qəza barədə bunları deyib:

"2010-cu il aprelin 30-u qəza keçirdim, mayın 4-ü isə ad günüm olacaqdı. Avtomobil mən tərəfdən vurulmuşdu. Maşını görən inanmırdı ki, oradan kimsə sağ çıxsın. Dəhşətli qəza idi. 6 ay yaddaşımı itirdim. Uşaqların adını belə tapa bilmirdim. Burnum, qabırğam, dizim sınmışdı. 6 ay başımı əlimlə sağa sola çevirdim".