23 İyun 2024
Azərbaycanın bu şəhərində sel körpünü yuyub-apardı, gediş-gəliş çətinləşdi - VİDEO

Azərbaycanın bu şəhərində sel körpünü yuyub-apardı, gediş-gəliş çətinləşdi - VİDEO

13 İyun 2024
Baxış: 232

Ölkə ərazisində qeydə alınmış yağmurlu hava şəraiti İsmayıllıda da bir sıra fəsadlar törədib.

AJMEDİA.İNFO bildirir ki, bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, 2 gün əvvəl yağan yağış və sel suları rayonun Lahıc qəsəbəsində çay yatağını genişləndirib. Həmçinin körpünü yuyub aparıb.

Sakinlər özləri çayın yatağını təmizləyib körpü düzəltsələr də bu dərdlərinə məlhəm olmayıb.

Məlumata görə, hazırda qəsəbədən şəhərə, xəstəxana və məktəbə gedib-gəlmək xeyli çətinləşib. Aidiyyatı qurumlar isə hələlik heç bir tədbir görməyib.

Hadisə yerindən görüntüləri təqdim edirik: