דוד סליברסטוב מונה ליו"ר הנציגות של אזרבייג'ן של התאחדות כל...
1 saat əvvəlAzərbaycanda tanınmış jurnalist 4 il müddətinə HƏBS OLUNDU
18 Yanvar 2022
Baxış: 1796
Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən “Azadinfo.az” MMC-nin təsisçisi Mahir Ələkbərova (Xəttab) hökm oxunub və o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə hökm Nəsimi Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Qeyd edək ki, prokuror M.Ələkbərovun 4 il müddətinə azadlıqdan mərhum edilməsini istəmişdi.
Xatırladaq ki, M.Ələkbərov Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra etmiş Ramiz Göyüşov barəsində qeyri-etik videogörüntüləri qəsdən yaymaqda və ümumilikdə 2 min manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb etməkdə ittiham olunur.
Onun barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, M.Ələkbərovu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları saxlayıb.(Report)