11 May 2024
Azərbaycanda səfirin həyat yoldaşı QƏZAYA DÜŞDÜ - FOTO

Azərbaycanda səfirin həyat yoldaşı QƏZAYA DÜŞDÜ - FOTO

10 Sentyabr 2021
Baxış: 684

Bakıda səfirliyə məxsus avtomobil qəzaya düşüb.

AJMEDİA.İNFO oxu.az-a istinadən xəbər verir ki, Nəsimi rayonu ərazisində Avstriya səfirliyinə məxsus avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Səfirin həyat yoldaşının idarə etdiyi “Mercedes” markalı avtomobil Bakı sakininin idarə etdiyi maşına arxadan çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

Fakt üzrə araşdırma aparılır.

Məsələ ilə bağlı Avstriyanın ölkəmizdəki səfirliyinə müraciət edilib. Səfirlik hadisəni şərh etməyib.