26 Aprel 2024
Azərbaycanda sayt rəhbəri olan tanınmış jurnalist SAXLANILDI - SƏBƏB - RƏSMİ

Azərbaycanda sayt rəhbəri olan tanınmış jurnalist SAXLANILDI - SƏBƏB - RƏSMİ

10 Sentyabr 2021
Baxış: 855

Azadinfo.az saytının rəhbəri Mahir Xəttab Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

O, hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilib.

AJMEDİA.İNFO-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən faktı təstiqləyiblər.

Qurumdan bildiriblər ki, ictimaiyyətə əlavə məlumat veriləcək.

Xatırladaq ki, Azadinfo.az saytının rəhbəri Mahir Xəttab dünən axşam saatlarında saxlanılıb.

Qeyd edək ki, Mahir Xəttab və həmkarı Pərvin Abışova 2 gün öncə intim videosu yayılan YAP sədrlərindən Ramiz Göyüşovun şikayəti əsasında saxlanılıb. Pərvin Abışova sonradan sərbəst buraxılıb.