30 Aprel 2024
Azərbaycanda qadın “Parkovşik”ə TƏPİK ATDI - VİDEO

Azərbaycanda qadın “Parkovşik”ə TƏPİK ATDI - VİDEO

06 Aprel 2022
Baxış: 553

Sumqayıtda parklanma xidməti əməkdaşına hücum edən qadın polis tərəfindən saxlanılıb.

AJMEDİA.İNFO xəbər verir ki, Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov "Qafqazinfo"ya bildirib ki, həmin qadının şəxsiyyəti müəyyənləşdirilib və o, polis əməkdaşları tərəfindən ərazi üzrə Polis Bölməsinə gətirilib:

"Həmin qadın barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə tədbir görülüb".

Xatırladaq ki, daha əvvəl sosial şəbəkələrdə maşından düşən bir qadın sürücünün "parkovşik"ə təpiklə vurduğunu əks etdirən görüntülər yayılmışdı.

Teqlər: Sumqayıt