12 May 2024
Azərbaycanda polisi döyən deputatın BAŞI DƏRDDƏ - Toxunulmazlığı əlindən ALINDI

Azərbaycanda polisi döyən deputatın BAŞI DƏRDDƏ - Toxunulmazlığı əlindən ALINDI

02 Avqust 2021
Baxış: 604

Milli Məclisin İntizam Komissiyasının iclasında Baş prokuror Kamran Əliyevin “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” parlamentə göndərdiyi təqdimata baxılıb.

AJMEDİA.İNFO report-a istinadən xəbər verir ki, iclasda komissiya deputat E.Səlimovun toxunulmazlığına xitam verilməsi barədə rəy qəbul edib.

Məsələ parlamentin sabah – avqustun 3-də keçiriləcək plenar iclasına tövsiyə olunub.