04 İyul 2024
Azərbaycanda FACİƏVİ HADİSƏ: 4 nəfər HƏLAK OLDU

Azərbaycanda FACİƏVİ HADİSƏ: 4 nəfər HƏLAK OLDU

03 İyun 2024
Baxış: 284

Kür çayının Tovuz rayonunun ərazisindən keçən hissəsində dəhşətli hadisə baş verib.

AJMEDİA.İNFO bildirir ki, gecə saat 00 radələrində VAZ 2107 markalı avtomobildə olan 5 nəfər maşınqarışıq Kür çayına düşüblər. Avtomobil çaya düşən zaman onlardan biri özünü maşından ataraq xilas ola bilib. Digər 4 nəfər isə maşınla bərabər suya düşərək boğulublar.

Xəbərdə bildirilir ki, həmin şəxslər restorandan qayıdan zaman gecə qaranlığında yolu itiriblər və avtomobil çaya düşüb. Gecə saatlarından başlayan axtarış hələlik heç bir nəticə verməyib. Meyitlərin və avtomobilin axtarışı davam edir. (Yenisabah.az)