12 May 2024
Azərbaycanda bu sahə vergidən AZAD EDİLDİ: "Yanvarın 1-dən etibarən..."

Azərbaycanda bu sahə vergidən AZAD EDİLDİ: "Yanvarın 1-dən etibarən..."

15 Yanvar 2024
Baxış: 340

Kənd təsərrüfatında dividend gəlirlər 2028-ci ilədək vergidən azad olunub.

Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) rezident hüquqi şəxslərin iştirakçıları olan fiziki şəxslərin dividend gəlirləri bu il yanvarın 1-dən etibarən 4 il müddətinə vergidən azad edilib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, bu güzəşt kənd təsərrüfatının inkişafı baxımından vacib addımdır:

“Bu o deməkdir ki, bu sahədə çalışan fiziki şəxs 2024-cü ilin nəticələrinə əsasən yaranan mənfəət üzrə 30 000 manat dividend elan edirsə, ödəmə mənbəyində vergi hesablanmayacaq. Çünki yeni dəyişikliklər ilə bu gəlirlər üzrə azadolma müddəti uzadılıb”.

Deputat bildirib ki, dəyər zəncirinə uyğun olaraq kənd təsərrüfatında vergi güzəştlərinin dairəsinin genişləndirilməsi vacib məsələlərdəndir. “Növbəti illərdə bu sektorda vergi güzəştləri mexanizminin daha da təkmilləşdirilməsi və genişləndirilməsi gözlənilir”.(Sfera.az)