12 May 2024
Azərbaycanda bu məhsullar bahalaşıb - AÇIQLAMA

Azərbaycanda bu məhsullar bahalaşıb - AÇIQLAMA

15 Mart 2024
Baxış: 286

"Azərbaycanda ənənəvi olaraq noyabr ayından aprel, may aylarına qədər ərzaq məhsullarının qiymətində daha sürətli artım müşahidə olunur. Çünki, yerli məhsullar bazardan çıxır. Daha çox xaricdən gətirilən məhsullar bazara daxil olur. Nəticə etibarı ilə bu, qiymətlərin yüksəlməsinə səbəb olur. Təqribən aprel və may aylarında kənd təsərrüfatı və ərzaq məhsullarının qiymətində bir sabitlik yaranır".

AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri mətbuat.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

O bildirib ki, yay aylarında qiymət artımı çox az olur:

"Daha bir bahalaşma mərhələsini müşahidə edirik. Azərbaydanda daha çox təbii ki, insanları maraqlandıran ərzaq məhsulları, kənd təsərrüfatı məhsullarıdır ki, onların qiymətindəki artım əhaliyə daha çox təsir göstərir".

Ekspert onu da vurğulayıb ki, ərzaq məhsullarının bahalaşması ilə yanaşı, qeyri-ərzaq məhsulları da bahalaşıb:

"Avtomobil ehtiyyat hissələri son vaxtlarda bahalaşıb. Son zamanlar bununla bağlı şikayətlər var. Avtomobillərin də qiyməti artıb. Eyni zamanda geyim, qeyri-ərzaq məhsullarında da qiymət artımı nəzərə çarpacaq dərəcədədir".