BTC ilə hansı ölkələrin nefti daşınır? – Müəmmalı statistika
5 saat əvvəlAzərbaycanda bir gündə 206 toy olub - RƏSMİ
07 Sentyabr 2021
Baxış: 387
Azərbaycanda iyulun 1-dən bu günə - 68 gün ərzində 14 min nikah qeydə alınıb.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Məlumatda qeyd edilir ki, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfədən çox olub.
2020-ci il iyul ayının 1-dən sentyabrın 7-dək Azərbaycanda cəmi 6 min 230 nikah bağlanıb.
Hesablamalara görə, bu il iyulun 1-dən bu günə qədər Azərbaycanda bir gündə 206 nikah mərasimi keçirilib.