10 May 2024
Azərbaycanda bir gündə 169 nəfər COVID-19-a yoluxub, 151 nəfər sağalıb sağalıb, 3 nəfər vəfat edib

Azərbaycanda bir gündə 169 nəfər COVID-19-a yoluxub, 151 nəfər sağalıb sağalıb, 3 nəfər vəfat edib

23 Avqust 2020
Baxış: 1192

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 169 yeni yoluxma faktı qeydə alınıb, 151 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AJM-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 35274 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32993 nəfər müalicə olunaraq sağalıb, 518 nəfər vəfat edib, aktiv xəstə sayı 1763 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5432 , ötən müddət ərzində isə ümumilikdə 873777 test aparılıb.

Teqlər: Azərbaycan