27 Aprel 2024
Azərbaycanda baş redaktor sirkə turşusu içib zəhərləndi – Vəziyyəti ağırdır + FOTO
Azərbaycanda baş redaktor sirkə turşusu içib zəhərləndi – Vəziyyəti ağırdır + FOTO

Azərbaycanda baş redaktor sirkə turşusu içib zəhərləndi – Vəziyyəti ağırdır + FOTO

19 May 2022
Baxış: 578

Bakıda jurnalist Nəsimi Şərəfxanlı evində sirkə turşusu içərək zəhərlənib.

AJMEDİA.İNFO xəbər verir ki, o, dərhal Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu trend-ə bildirib ki, jurnalist ağır vəziyyətdə şöbəyə gətirilib.

"Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub. Hazırda şöbədə müalicəsi davam etdirilir, vəziyyəti kafi qiymətlənidirilir", - E.Hidayətoğlu bildirib.

Xatırladaq ki, N.Şərəfxanlı "Cumhuriyyet.az" saytının rəhbəridir.

Qeyd edək ki, jurnalistin sirkə turşusu içməsinin səbəbi açıqlanmır.