26 Aprel 2024
Azərbaycanda 5 vəzifəli şəxs SAXLANILDI

Azərbaycanda 5 vəzifəli şəxs SAXLANILDI

08 İyun 2022
Baxış: 3136

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Şirvan şəhərində əməliyyat keçirib.

AJMEDİA.İNFO Trend-ə istinadla bildirir ki , iyunun 7-də keçirilən əməliyyat nəticəsində Milli Arxiv İdarəsinin Şirvan filialının rəisi Hamlet Hüseynov saxlanılıb.

Əməliyyat zamanı həmçinin Şirvan şəhər bələdiyyəsinin Malik adlı əməkdaşı, Əmlak idarəsinin Arif, Sübhan və Amid adlı vəzifəli şəxslərinin də saxlanıldığı bildirilir.