23 İyun 2024
Azərbaycan və Gürcüstan qadın sahibkarlarının əməkdaşlarına Sağlam Ailə Tibb Mərkəzində dəyirmi masa və məlumat turu təşkil edilib

Azərbaycan və Gürcüstan qadın sahibkarlarının əməkdaşlarına Sağlam Ailə Tibb Mərkəzində dəyirmi masa və məlumat turu təşkil edilib

12 İyun 2024
Baxış: 564

8-11 iyun 2024-cü il tarixlərində Azərbaycan və Gürcüstan qadın sahibkarlarının iki ölkə arasında biznes əməkdaşlığını gücləndirmək məqsədi, Magen David Azərbaycanın dəstəyi, Magen David International Center for Women, “Qadınların İnkişafına və Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi (QİM İB) və Women Business Council in Georgia (WBCG) birgə əməkdaşlığı ilə qarşılıqlı biznes əlaqələrinin qurulması, eyni zamanda təcrübə mübadiləsi üçün müxtəlif tədbirlər keçirilib.
Tədbirlər çərçivəsində 10 iyun tarixində Sağlam Ailə Tibb Mərkəzində millət vəkili, Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası işçi qrupununun rəhbəri, “Magen David Azərbaycan”nın fəxri sədri Anatoliy Rafailov, millət vəkili, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin, Səhiyyə komitəsinin üzvü İlham Məmmədov, Sağlam Ailə Tibb Mərkəzinin direktoru Vüqar Eyvazov, “Magen David Azərbaycan”nın baş direktoru David Seliverstov, “Women Business Council in Georgia”nın rəhbəri Natia Meparashvili, “Magen David Women”nin direktoru Aygün Əhmədova, CIPE proqram rəhbəri Şəlalə Kamilova, Həkimlərin Biznes Klubunun direktoru Sevil Quvalova, Azərbaycan-Gürcüstan səhiyyə sahəsində fəaliyyət göstərən digər sahibkar qadınların və həkimlərin iştirakı ilə dəyirmi masa təşkil edilmişdir. Görüşdə iki ölkə arasında səhiyyə sahəsində əməkdaşlığın gələcək inkişafına dair fikir mübadilələri aparılıb və perspektivlər nəzərə çatdırılıb. Eyni zamanda, səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın genişləndirilməsi, farmasevtika sahəsində əməkdaşlığın gücləndirilməsinin yeni perspektivləri, eyni zamanda səhiyyə müəssisələri tərəfindən təcrübə mübadiləsi barədə faydalı müzakirələr aparılıb.

Tədbirdə Magen David International Center for Women-nin nəzdində yaradılmış Həkimlərin Biznes Klubunun (Doctor`s Business Club) icraçı direktoru Firəngiz Quliyeva və Gürcüstan-Alman Reproduktiv Mərkəzinin direktoru (Georgian-German Reproductive Center) Nino Museridze arasında əməkdaşlıq memorandumu imzalanıb.

"Azərbaycanda həyata keçirilən uğurlu siyasətin nailiyyətləri, səhiyyə sahədə aparılan geniş miqyaslı islahatlar, bu islahatlar prosesində ayrı-ayrı ölkələrlə, həmçinin Gürcüstanla fəal təcrübə mübadilələrinin aparılmasının əhəmiyyəti çox vacibdir." - deyə millət vəkili və Magen David Azərbaycanın fəxri sədri Anatoliy Rafailov bildirib.
Sağlam Ailə Tibb Mərkəzinin direktoru Vüqar Eyvazov öz çıxışında mərkəzin qurulma tarixindən və 21 il ərzində həyata keçirdiyi layihələrdən, səhiyyə sektorunda keyfiyyətə nəzarətin və keyfiyyət nişanlarının önəmindən bəhs edib.
Görüşün sonunda qonaqlar Sağlam Ailə Tibb Mərkəzinin mərkəz filialı və laboratoriyası ilə yaxından tanış olublar.
Onu da qeyd edək ki, Gürcüstandan olan qadın sahibkarların Azərbaycana səfəri "WE-Champs: Regional Qadın Ticarət Palatalarının və Biznes Assosiasiyalarının Şəbəkələşdirilməsi ilə Sahibkarlıq Ekosisteminin Gücləndirilməsi” layihəsi çərçivəsində baş tutub. Layihənin məqsədi qadın ticarət palataları və biznes assosiasiyalarını gücləndirməklə qadınların iqtisadi imkanlarının genişləndirilməsini təmin etmək olub. Layihə assosiasiya nümayəndələrinin bacarıqlarının artırılması, regional şəbəkələşmə imkanlarının təmin edilməsi istiqamətində müxtəlif fəaliyyətlər həyata keçirir.

Открыть фото Открыть фотоОткрыть фотоОткрыть фотоОткрыть фотоОткрыть фотоОткрыть фотоОткрыть фотоОткрыть фотоОткрыть фотоОткрыть фотоОткрыть фотоОткрыть фотоОткрыть фотоОткрыть фотоОткрыть фотоОткрыть фотоОткрыть фото