26 Aprel 2024
Azərbaycan Şimali Kipr Cumhuriyyətini tanıyacaqmı?
Azərbaycan Şimali Kipr Cumhuriyyətini tanıyacaqmı?
Azərbaycan Şimali Kipr Cumhuriyyətini tanıyacaqmı?

Azərbaycan Şimali Kipr Cumhuriyyətini tanıyacaqmı?

20 İyul 2021
Baxış: 950

Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 20-sində Şimali Kipr parlamentində “xoş müjdə” verəcəyini Şimali Kiprə səfəri zamanı İstanbul hava limanında mətbuat konfransında açıqlayıb. 1974-cü il 20 iyul tarixində Şimali Kipr öz azadlığına qovuşub. 20 iyul 1974-cü ildə Türkiyə baş naziri Bülent Ecevitin həyata keçirdiyi plana uyğun olaraq, istifadə etdiyi "Ayşə tətilə getsin" şifrəsi ilə Kiprdə hava əməliyyatı başlatmışdır. Kipr əməliyyatından sonra 1976-cı ildə Kipr Türk Federal Dövləti quruldu. Şimali Kipr dövlətini Türkiyə xaric heç bir ölkə tanımır.Son zamanlar Türkiyə Azərbaycan ilə Şimali Kipr arasında əlaqələrin inkişaf etməsində maraqlıdır. Şimali Kipr ilə Azərbaycan arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edir. Azərbaycan parlamentinin xarici əlaqələr komitəsinin rəhbəri və üzvləri adaya iyulun 15-də gediblər. Şimali Kiprdə 20 iyul tədbirlərində Azərbaycan heyəti millət vəkilləri ilə təmsil olunacaq.
Şimali Kiprin Prezidenti Ersin Tatar Azərbaycandan gələn nümayəndə heyətini qəbul edib. Ersin Tatar Türkiyənin Azərbaycanla yaxınlığından məmnunluq duyduğunu ifadə edib.“Biz bir millət, 3 dövlətik”, - deyə Ersin Tatar vurğulayıb. Azərbaycandan Şimali Kiprə ilk dəfə bir siyasi heyətin gəldiyini vurğulayan Səməd Seyidov qeyd edib ki, bundan sonra səfərlər davamlı olacaq. İyul ayının 15-də baş tutan bu görüşdə Ersin Tatarın “Biz bir millət, 3 dövlətik” ifadəsi təsadüfü deyildir.
Rəcəb Tayyib Ərdoğanın “xoş müjdə” elan etməsi ilə bağlı bir neçə versiya mövcuddur. Versiyalardan birincisi budur ki, Ərdoğan Azərbaycanla, Şimali Kipr arasında diplomatik əlaqələrin qurulmasını elan edəcək. 2-ci versiya Gazimağuş limanında Türkiyənin hərbi dəniz bazası qurulacaq. 3-cü versiyaya əsasən Şimali Kipr sahillərində təbii qaz kəşf olunmasının xəbərini verəcək. Belə ki, Türkiyənin kəşfiyyat gəmiləri ötən il Kipr sahillərində bir sıra zondaj və seysmik araşdırmalar həyata keçirmişdi.Bu araşdırmalar nəticəsində Yunanıstanla Türkiyə arasında münasibətlər kəskinləşmişdi. Rəsmi Afina Türkiyəni yunan adalarını işğal etməkdə günahlandırmışdı.
Azərbaycan Prezidenti “Dağlıq Qarabağ” münaqişəsinin tarixdə qaldığını bəyan etdi. Əgər bu münaqişə tarixdə qalıbsa Azərbaycan Şimali Kipri tanıya bilərmi? Bu zamana kimi Azərbaycan Qarabağda olan seperatçı rejimi Yunanıstanın tanıya biləcəyindən ehtiyat edirdi. Artıq yeni reallıqlar meydana çıxıb. 2020-ci il 2 sentyabr tarixində Prezident İlham Əliyev Yunanıstan səfirini qəbul edərkən öz sərt mövqeyini səfirə bildirmişdi. Ermənistan, Yunanıstan və Kipr arasında hərbi əməkdaşlıqla bağlı məsələni İlham Əliyev qeyd etmiş, bunun Cənubi Qafqazda sülhə kölgə saldığını demişdir. Bundan əlavə Yunanıstan Türkiyə ilə münasibətlərin gərginliyindən söz açaraq Azərbaycanın Türkiyənin yanında olduğunu vurğulamışdı .
Azərbaycanla KKTC arasında müəyyən əlaqələr qurulub. KKTC-nin Bakıda nümayəndəliyi fəaliyyət göstərir. Azərbaycanla KKTC arasında təyyarə xəttinin açılması və iqtisadi əlaqələrin qurulması istiqamətində də planlar var idi”. İndiki məqamda Azərbaycan Şimali Kiprlə diplomatik münasibətlər qura bilər. Cənubi Qafqazda söz sahibi olan Azərbaycan Şimali Kipri tanıması Yunanıstan hökumətini qıcıqlandıra bilər və Qarabağ separatçıları ilə bağlı qətnamə hazırlayar. Belə bir müqayisə edək : Fransa parlamenti də Dağlıq Qarabağın “müstəqilliyini” tanıyıb və bunun bizə elə bir təsiri yoxdur. Başqa spektrdən baxdıqda keçmişdə qalmış “Dağlıq Qarabağ” münaqişəsi ilə Şimali Kipr münaqişəsini eyniləşdirmək düzgün deyil. Xarici güclərin dəstəyi ilə Kipri ələ keçirmiş yunanlar qarşılarında Türk ordusunu gördülər. Adada yaşayan türkləri qorumaq üçün Türkiyə təxirəsalmaz tədbirlər görmüşdü.
Fikrimcə, Azərbaycanla Şimali Kipr arasında siyasi, iqtisadi, mədəni əlaqələr genişləndirilməli və bu istiqamətdə əməli addımlar atılmalıdır.


Azərbaycan Yəhudi Media Mərkəzi

Siyasi ekspert, Politoloq: Rüstəm Tağızadə