26 Aprel 2024
Azərbaycan Ordusu Laçında: ALi Baş Komandana MƏRUZƏ - VİDEO

Azərbaycan Ordusu Laçında: ALi Baş Komandana MƏRUZƏ - VİDEO

26 Avqust 2022
Baxış: 3042

Azərbaycan Ordusu Laçın şəhərinin mərkəzində Azərbaycan bayrağını ucaldıb.

AJMEDİA.İNFO xəbər verir ki, Laçın şəhərinin mərkəzindən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə məruzə olunub.

“Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan! Əmrinizə əsasən, Azərbaycan Ordusu Laçın şəhərini, Zabux, Sus yaşayış məntəqələrini tam nəzarətə götürdü. Laçın şəhərinin mərkəzində Azərbaycanın dövlət bayrağı dalğalanır. Yaşasın Azəırbaycan! Yaşasın Müzəffər Ali Baş Komandan! Qarabağ Azərbaycandır”, - deyə general-mayor Kənan Seyidov məruzəsində bildirib.